19 Avqust 2019
18 Avqust 2019
"Qarabağ" bu gün özünü Bakıda sınayacaq
"Qarabağ" bu gün özünü Bakıda sınayacaq İDMAN 09:11 2019-08-13

“Qarabağ” bu gün UEFA Çempionlar Liqasında (ÇL) növbəti oyununu keçirəcək.

Unikal.org-un məlumatına görə, Ağdam təmsilçisi III təsnifat mərhələsinin cavab matçı çərçivəsində Kiprin APOEL komandasını qəbul edəcək. Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq görüş saat 20:30-da start götürəcək.

Qeyd edək ki, ötən həftə Nikosiyadakı GSP stadionunda reallaşan ilk qarşılaşmada “Qarabağ” 2:1 hesabı ilə qalib gəlib.