Azərbaycan  Respublikasının  Prezidenti  yanında Qeyri-Hökumət  Təşkilatlarına  Dövlət  Dəstəyi Şurasının Katibliyinin işçilərinin aylıq vəzifə maaşları artırılıb.

Unikal.org  xəbər verir ki,  Nazirlər Kabineti bununla bağlı “Dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda çalışan işçilərin aylıq vəzifə maaşları haqqında” qərarda dəyişiklik edib.

Beləliklə, Qeyri-Hökumət  Təşkilatlarına  Dövlət  Dəstəyi Şurasının Katibliyinin icraçı direktorunun maaşı 1463 manatdan 1980 manata,  baş mühasibin maaşı 1023 manatdan 1450 manata, baş məsləhətçinin maaşı 880 manatdan 1255 manata, aparıcı məsləhətçi 737  manatdan 1030 manata,  məsləhətçinin maaşı 666 manatdan 930 manata qaldırılıb.

Qeyd edək ki, bu qərar 2019-cu il sentyabrın 1-dən qüvvəyə minir.