Bakıda gənc qızın küçədə qəfildən halı pisləşib.

Unikal.org-un məlumatına görə, hadisə "28 May" metrosunun çıxışında baş verib. Belə ki, təxminən 20-25 yaşlarında qız yolda hərəkət edərkən qəfildən halı pisləşərək yerə yıxılıb. Metropolitendə Polis Şöbəsinin ərazidə xidmət edən əməkdaşları  və  vətəndaşlar qızın köməyinə çataraq onu ayıltmağa çalışıblar.  Əraziyə təcili tibbi yardım çağırılıb və huşunu itirən xanıma ilkin tibbi yardım göstərilib.