17 Avqust 2019
16 Avqust 2019
Bakıda 33 yaşlı qadını tanışı bıçaqladı
Bakıda 33 yaşlı qadını tanışı bıçaqladı KRİMİNAL 23:09 2019-08-10

Bakının Nizami rayonu ərazisində qadına bıçaqla xəsarət yetirilib.

Unikal.org APA-ya istinadən xəbər verir ki, 1986-cı il təvəllüdlü Ağayeva Əfsanə Bahadur qızı metronun "Koroğlu" stansiyasının yaxınlığında bıçaqlanıb.

Hazırda xəstəxanada olan qadının vəziyyətinin orta-ağır olduğu bildirilir.

Hadisə şahidlərinin sözlərinə görə, Ə.Ağayeva yaxın tanışı olan bir kişi ilə mübahisə zamanı bıçaq xəsarəti alıb.

Hazırda fakt polis tərəfindən araşdırılır.