Sumqayıt şəhəri  18-ci mikrorayonda Süleyman Əliyevə məxsus mebel sexi yanıb.

Unikal.org-un əldə etdiyi məlumata görə, hadisə yerinə gələn Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələrindən xəsarət alan var. Belə ki, yanan sexin dəmir darvazası yanğınsöndürənlərdən birinin üzərinə aşıb.Nəticədə həmin yanğınsöndürən onurğa sütunundan ciddi xəsarət alıb. O,ərazidə olan təcili tibbi yardım maşını ilə, Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna yerləşdirilib.
Bundan başqa yanğınsöndürənlərdən tüstüdən zəhərlənənlərin olduğu bildirilir.

Famil Fərhadoğlu