Hacıqabulda “Sibiryak” ləqəbli narkotacir saxlanılıb.

Unikal.org xəbər verir ki, Hacıqabul Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon sakini, 1986-cı il təvəllüdlü, əvvəllər məhkum olunmuş Səmədov Vüqar İlqar oğlu şübhəli şəxs qismində saxlanılıb. 

Onun üzərinə baxış keçirilən zaman ondan 31 bükümdə narkotik vasitə olan heroin aşkar edilərək götürülüb. Əməliyyatın davamı olaraq saxlanılan şəxsin yaşadığı M.F.Axundov küçəsi 43 ünvanında kultivasiya yolu ilə əkilib-becərilən çətənə kolları aşkar edilərək götürülüb. 

Faktla bağlı Hacıqabul Polis Şöbəsində cinayət işi açılıb, araşdırma aparılır.