19 Avqust 2019
18 Avqust 2019
Avtomobil ağaca çırpılıdı: polis mayoru ÖLDÜ - FOTO
Avtomobil ağaca çırpılıdı:polis mayoru ÖLDÜ - FOTO HADİSƏ 19:38 2019-08-09

İsmayıllı rayonunda ölümlə nəticələnən yol-nəqliyyat-hadisəsi baş verib.

Unikal.org apa-ya istinadən xəbər verir ki, hadisə bu gün axşam saat 19:00 radələrində İsmayıllının İvanovka qəsəbəsi ərazisində qeydə alınıb. Belə ki, Göyçay rayon sakini Mahmudov Arzu Mahmud oğlu idarə etdiyi “VAZ 21015” markalı minik avtomobili ilə hərəkətdə olarkən idarəetməni itirib, maşın yoldan çıxaraq ağaca çırpılıb. Hadisə nəticəsində sürücü dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, mayor Arzu Mahmudov uzun müddət İsmayıllı rayon Polis Şöbəsinin əməkdaşı olub, yaxın aylarda təqaüdə çıxmışdı.