Bu ilin mart ayının 26-da yanğın nəticəsində yararsız hala düşən “Diqlas” Ticarət Mərkəzi tam sökülüb. 

Unikal.org-un məlumatına görə, söküntüsü Fövqəladə Hallar Nazirliyi tərəfindən həyata keçirilən ticarət mərkəzinin ərazisi hazırda hasarlanmış boş sahədən ibarətdir.

Qeyd edək ki,  “Diqlas” ticarət mərkəzində ağır nəticələrə səbəb olan yanğında 400 nəfərdən artıq sahibkar zərər çəkib. Ümumilikdə yanğından maddi zərər çəkmiş 371 sahibkara 2 milyon 155 min manat məbləğində dövlət tərəfindən kompensasiya ödənilib.

Famil Fərhadoğlu