Nyu-Yorkda keçmiş həyat yoldaşının başqası ilə münasibətdə olduğunu öyrənən kişi qadının işlədiyi gözəllik salonuna gedərək onu bir neçə dəfə bıçaqlayıb.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, 35 yaşlı qadın İris Rodrigez gözəllik salonunda işlədiyi zaman keçmiş həyat yoldaşı axşam saatlarında oraya gəlib. Kişi qadını rəfiqələrinin gözü qabağında bir neçə dəfə bıçaqlayaraq öldürüb.

Keçmiş həyat yoldaşı yerdə qan içində qalan İrisin cansız bədənini qucaqlayaraq ağlayıb.

Bildirilib ki, nlar 4 illik evlilik həyatından sonra yanvar ayında boşanıblar.