Klarnet ifaçısı Hüseyn Məhəmmədoğlu tələbə adını qazanıb.

Unikal.org xəbər verir ki, 35 yaşlı musiqiçi bu il universitetə imtahan verən abituriyentlərdən olub.

Hüseyn bildirib ki, imtahandan uğurla keçib və universitetə daxil olub:

"Dostlar, tələbə adı mənə də qismət oldu. Yaşım 35 olsa da, dedim, qoy oluramsa, ali savadlı musiqiçi olum. Bu il Universitetə qəbul olan hər kəsi təbrik edirəm. Milli Konservatoriyaya qəbul oldum".

Hüseyn estrada sənəti fakültəsinin tələbəsi olub.