Bakıda yanğın hadisəsi baş verib.

Unikal.org FHN-ə istinadən xəbər verir ki, Bakı şəhərinin Nəsimi rayonunda altımərtəbəli yaşayış binasının zirzəmisində ümumi sahəsi 300 m² olan kafenin lambirindən ibarət tavanı 10 m² sahədə yanıb.

Kafenin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.