17 Avqust 2019
16 Avqust 2019
Məşhur cütlük boşandı - "Sevərək ayrıldım"
Məşhur cütlük boşandı -"Sevərək ayrıldım" MƏDƏNİYYƏT-ŞOU 21:09 2019-08-08

Türkiyənin tanınmış müğənnisi Sərdar Ortaç xanımı Xloya Lounan ilə ayrılıb.

Unikal.org-un Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, bir müddətdir ayrılacaqları haqqında söz-söhbətlərlə gündəmə gələn cütlük bu gün rəsmi olaraq boşanıblar.

Məhkəmə salonundan əl-ələ çıxan məşhurlar jurnalistlərə belə bir açıqlama veriblər.

“Davam etdirə bilmədik evliliyimizi. Birlikdə düşünüb, ayrılmaq qərarına gəldik. Qarşılıqlı razılığa gəlib boşandıq”.

Xloya Loun isə bildirib ki, hələ də Sərdarı sevir:

“Sevgi ilə ailə qurdum, sevərək ayrılıram. Onu çox sevirəm və hər zaman sevəcəm. Təəssüf edirəm ki, alınmadı bizdə”.

Qeyd edək ki, Ortaç Lounan ilə 2014-cü ildə ailə qurmuşdu.