25 Avqust 2019
İlham Əliyev sinqapurlu həmkarına məktub ünvanladı
İlham Əliyev sinqapurlu həmkarına məktub ünvanladı SİYASƏT 17:56 2019-08-08

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Sinqapur Respublikasının Prezidenti xanım Həlimə Yaquba təbrik məktubu imzalayıb.

"Report"un xəbərinə görə, məktubda deyilir:

"Hörmətli xanım Prezident,

Sinqapurun milli bayramı münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik edirəm.

Bu əlamətdar gündə Sizə ən xoş arzularımı yetirir, xalqınıza əmin-amanlıq və firavanlıq diləyirəm".