19 Avqust 2019
18 Avqust 2019
Atambayev dindirilmək üçün DTK-ya gətirildi - VİDEO (YENİLƏNİB)
Atambayev dindirilmək üçün DTK-ya gətirildi -VİDEO (YENİLƏNİB) DÜNYA 19:51 2019-08-08

Almazbek Atambayev Milli Təhlükəsizlik Dövlət Komitəsinin əsas İstintaq şöbəsinə aparılıb.

Unikal.org RİA "Novosti"yə istinadən xəbər verir ki, şöbədə A.Atambayevin əməlyyat zamanı hərbçilərin girov götürülməsi və Koy-Taş kəndində "Alfa" bölməsinin komandirinin müavininin öldürülməsi faktına görə dindirməsi gözlənilir.

17:39

xxx

Qırğızıstanın sabiq Prezidenti Almazbek Atambayev saxlanılıb. 

Unikal.org-un xarici KİV-ə istinadən istinadən verdiyi xəbərə görə, sabiq Prezident özü təslim olub.

Qeyd edək ki, ötən gün A. Atambayevin həbs edilməsi üçün əməliyyat keçirilib. Əməliyyat zamanı 52 nəfər xəsarət alıb, bir xüsusi təyinatlı ölüb.

Qırğızıstan Prezidenti Sooronbay Jeenbekov Təhlükəsizlik Şurasının iclasında ölkənin sayca 4-cü prezidenti olan A. Atambayevi ölkə Konstitusiyasını və qanunlarını kobud şəkildə pozmaqda ittiham edib.  

Qırğızıstanda sabiq Prezident A. Atambayevə qarşı parlament araşdırması aparılır. Bu ilin iyununda deputatlar sabiq ölkə başçısını toxunulmazlıqdan məhrum ediblər.

O  Qırğızıstanda vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə və korrupsiyada da ittiham olunur. Son bir il yarım ərzində A. Atambayevin tərəfdarları da cinayət məsuliyyətinə cəlb edilib. O, iyul ayında Moskvaya gedib və Rusiya Prezidenti Vladimir Putinlə görüş keçirib.   

Xatırladaq ki, A. Atambayev 2010-cu ildə baş vermiş inqilab zamanı müxalifətin lideri olub.  A. Atambayev ölkəyə 2011-2017-ci illər aralığında rəhbərlik edib.