Cənubi Amerika Futbol Konfederasiyası (KONMEBOL) Braziliya millisinin üzvü Qabriel Jesusu cəzalandırıb.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, qurum, Amerika kubokunun Peru ilə final matçında qırmızı vərəqə alan hücumçuya ağır cəza verib. Braziliya millisinin 3:1 hesabı ilə qalib gəldiyi matçın 70-ci dəqiqəsində hakim tərəfindən meydandan qovulan Jesus, əsəblərinə hakim ola bilməyərək, su şüşəsini təpikləyib, referinin mübahisəli epizodları izlədiyi ekrana isə yumruqla vurub.

KONMEBOL Jesusu 2 ay müddətinə milli komandadan uzaqlaşdırıb və 30 min dollar pul cəzası verib.