Qırğız Respublikasının sabiq prezidenti Almazbek Atambayevin Bişkek yaxınlığındakı evi ətrafında daha bir əmliyyat başlayıb.

Unikal.org “Sputnik Qırğızıstan”a istinadən xəbər verir ki, polislə və keçmiş prezident Almazbek Atambayev tərəfdarları arasında toqquşma başlayıb.

Hüquq-mühafizə orqanlarının 200-ə yaxın əməkdaşı, Atambayevin 400-ə yaxın tərəfdarının molotov kokteyli və daşları ilə vurulur. Münaqişə zamanı hüquq-mühafizə orqanlarının əməkdaşları səs bombasından istifadə etməyə başlayıb.

Qeyd edək ki, dünəndən baş verən toqquşmalarda 52 nəfər yaralanıb, bir polis işçisi güllə yarasından ölüb.