Son günlər adı İspaniya klubları ilə yanaşı çəkilən “Qarabağ”ın futbolçusu Mahir Emreli ilə bağlı daha bir iddia ortaya atılıb.

22 yaşlı futbolçu Türkiyə Super Liqasında mübarizə aparan “Trabzonspor”un transfer hədəfindədir.

Unikal.org  Türkiyə KİV-nə istinadən xəbər verir ki, xəbərdə Mahirin “Bakı” və “Qarabağ”da ümumilikdə 142 matç keçirdiyi və 37 qol, 12 məhsuldar ötürmə ilə yadda qaldığı vurğulanıb.

Türkiyəli jurnalistlər İspaniyadan Mahirlə “Deportivo”, “Malaqa” və “Almeriya” klublarının maraqlandığını yazıblar.

Qeyd edək ki, Mahirin hazırda  “Qarabağ”da Çempionlar Liqasında mübarizə aparır.