Xəbər verdiyimiz kimi, bu gün Sumqayıtda 3 nömrəli marşrut avtobus sürücüsü sükan arxasında ölüb. 

Sükan arxasında dünyasını dəyişən sürücünün kimliyi bəlli olub. 

Unikal.org-un əldə məlumata görə, o 1965-ci il təvəllüdlü Kazımov İmamverdi Əsgər oğludur. 

*** 12:03 

Sumqayıtda avtobus sürücüsü sükan arxasında ölüb. 

Unikal.org-un xəbərinə görə, “Qafqazinfo”ya bu barədə məlumatı sərnişinlər verib.

Bildirilib ki, hadisə 3 nömrəli marşrut avtobusunda baş verib. Belə ki, Sumqayıt şəhəri, H. Z. Tağıyev qəsəbəsi istiqamətində hərəkət edən avtobusun sürücüsünün sükan arxasında vəziyyəti pisləşib.