Bakıda avtomobil “Azəriqaz”ın qazdığı çuxura düşüb.

Unikal.org xəbər verir ki, hadisə Yasamal rayonu, Hüseyn Cavid prospekti 231-235 ünvanında baş verib.

Belə ki, “Daewoo” markalı avtomobili idarə edən Əziz Vəliyev qəfildən yolun ortasında qazılmış quyuya düşüb. Sürücü müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

Sakinlərin virtualaz.org-a verdiyi məlumata görə, “Mirvari Park” yaşayış kompleksinin qarşısında ötən gündən etibarən qazıntı işlərinə başlanılıb. Sakinlərin sözlərinə görə, qazıntı aparılan əraziyə qırmızı lent çəkilsə də, axşam olduğundan sürücü onu görməyib. Nəticədə qəza baş verib.

Hadisə yerinə Yasamal Rayon Polis İdarəsinin əməkdaşları cəlb edilib. Avtomobili quyudan çıxarmaq bir neçə saatdan sonra mümkün olub.