İngiltərənin “Arsenal” klubunun futbolçusu Məsut Özil karyerasını ABŞ-da davam etdirə bilər.

Unikal.org İngiltərə mətbuatına istinadən xəbər verir ki, MLS-də mübarizə aparan “DC Yunayted” klubu almaniyalı futbolçunu heyətinə qatmaq niyyətindədir. “DC Yunayted” Özili “Derbi Kaunti” klubuna transfer olunan Ueyn Runinin əvəzləyicisi olaraq transfer etməyi planlaşdırır.

Klub nümayəndələrinin futbolçunun meneceri ilə danışıqlara başladığı və transferi yanvar ayında həll etmək istədikləri bildirilir.

2013-cü ildən “topçular”ın şəfərini qoruyan Özilin klubla müqaviləsi 2021-ci ilədək nəzərdə tutulub.