Turizm şirkətinə məxsus avtobusla sərnişin daşıyan 525 saylı avtobusun toqquşması nəticəsində Bakı-Sumqayıt magistralında sıxlıq müşahidə edilir. 

Unikal.org Dövlət Avtomobil Nəqliyyatı Xidmətinə (DANX)  istinadın xəbər verir ki,  hazırda DANX-ın və DYP-nin əməkdaşları hadisə yerindədirlər. 

İlkin məlumata görə, turizm şirkətinə məxsus avtobusun sürücüsü yağışlı havada sıxlıqdan çıxmağa cəhd edərək idarəetməni itirib və 525 saylı sərnişin avtobusunu çaşdırıb. Nəticədə 525 saylı avtobus tur şirkətə məxsus avtobusa çırpılıb.

Hadisə nəticəsində ölən olmayıb. Hazırda hadisə ilə bağlı yollarda sıxlıq müşahidə edilir. Avtobuslar yoldan çıxarılan kimi nəqliyyatın hərəkəti bərpa olunacaq.

Avtoqəza nəticəsində Respublika Klinik Xəstəxanasına 50, 58, 41 yaşlı qadınlar və 59, 23 yaşlı kişilər olmaqla ümumilikdə 5 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri ilə müraciət edib.

Səhiyyə Nazirliyindən  bildirilib ki, xəsarət alanlara lazımi tibbi yardımlar göstərilib və ambulator müalicəyə buraxılıblar.

*** 09:37 

Bakı-Sumqayıt yolunda avtomobil qəzası baş verib. 

Unikal.org APA-ya istinadən xəbər verir ki, qəzada 199 nömrəli marşrut avtobusu digər sərnişin avtobusu ilə toqquşub, xəsarət alanlar var. 

Yol-nəqliyyat hadisəsi nəticəsində yolda tıxac yaranıb.