Avqustun 8-də Lerik rayonunun ərazisində 3 bal gücündə ikinci zəlzələ baş verib.

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən Unikal.org-a bildirilib ki, yeraltı təkanlar yerli vaxtla saat 06:33-da Yardımlı stansiyasından 21 kilometr qərbdə Lerik ərazisində qeydə alınıb.

Ocağı 12 kilometr dərinlikdə yerləşən zəlzələ hiss olunmayıb.

Qeyd edək ki, dünən gecə saat 23:13 radələrində rayonunun ərazisində 3 bal gücündə zəlzələ qeydə alınıb. Yeraltı təkanlar yerli vaxtla saat 23:13-da Lerik stansiyasından 18 kilometr şərqdə Lerik ərazisində zəlzələ qeydə alınıb. Ocağı 20 kilometr dərinlikdə yerləşən zəlzələ hiss olunmayıb.