Bakıda avtomobil qaz borusu təmir edilən quyuya düşüb

Unikal.org apa-ya istinadən xəbər verir ki, hadisə Yasamal rayonunda baş verib.

Hüseyn Cavid prospekti 231-235 ünvanında “Daewoo” markalı avtomobili idarə edən Əziz Vəliyev qəfil yolun ortasında qazılmış quyuya düşüb. Sürücü sınıq xəsarətləri alaraq 1 saylı şəhər xəstəxanasına yerləşdirilib. 

Ə.Vəliyevin verdiyi xəbərə görə, “yolda heç bir nişan qoyulmayıb”.
Nəticədə qəza baş verib.

Hadisə yerinə “Azəriqaz” ASC-nin əməkdaşları cəlb edilib.
“Azəriqaz” ASC-nin çilingəri bildirib ki, yolda nişan qoyulub, işlər çox olduğundan yolu qazaraq işi yarımçıq qoyublar.

Hadisə yerinə Yasamal RPİ və Yasamal DYPŞ-nın əməkdaşları cəlb edilib. Yolda sıxlıq yaranmasın deyə Yol Patrul Xidmətinin əməkdaşları hərəkəti nizamlayıb.

Qeyd edək ki, avtomobili quyudan çıxarmaq üçün hadisə yerinə ağır texnika da cəlb edilib.