İmişli rayonunun Muradxanlı kəndində “VAZ” markalı minik avtomobilinin idarəetməni itirərək elektrik dirəyinə çırpılması nəticəsində yanğınla nəticələnən yol-nəqliyyat qəzası baş verib.

Unikal.org  FHN-ə istinadən xəbər verir ki, yanğın nəticəsində avtomobilin yanar hissələri və yol kənarında 1 ha sahədə kol-kos yanıb. Ərazidəki ağaclar yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.