Bakı Ağır Cinayətlər Məhkəməsində tanışını söyüş üstündə bıçaqlayaraq qətlə yetirməkdə təqsirli bilinən Adil Qazıyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Unikal.org APA-ya istinadən xəbər verir ki, hakim Əli Məmmədovun sədrliyi ilə prosesdə hökm oxunub. Hökmə əsasən o, 16 il azadlıqdan məhrum olunub.

Qeyd edək ki, paytaxtın Nizami rayonunda əvvəllər məhkum olunmuş 41 yaşlı Adil Qazıyev tanışı, 55 yaşlı Fərzalı Nəsirovla yaşadığı binanın qarşısında mübahisə edib. Mübahisə tərəflər arasında əlbəyaxa davaya çevrilib. Dava zamanı Adil Qazıyev Fərzalı Nəsirova bir bıçaq zərbəsi vurub.

Ağır xəsarət alan Fərzalı Nəsirov hadisə yerində ölüb. 

Nizami rayon polis idarəsi 25-ci polis şöbəsi əməkdaşları əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən Adil Qazıyevi saxlanılıb. O, hadisənin söyüş üstündə törətdiyini bildirib.