Azərbaycanda yolu keçmək istəyən şəxsləri avtomobil vuraraq öldürüb.

Unikal.org DİN-ə istinadən xəbər verir ki, avqustun 6-da saat 17 radələrində  Sabunçu rayonunun Pirşağı qəsəbəsi ərazisində Bakı şəhər sakini E.Allahverdiyev idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən qəsəbə sakini Zöhrə Süleymanovanı vurmuşdur. Xəstəxanaya yerləşdirilmiş piyada orada ölüb.

Avqustun 5-də saat  23 radələrində Abşeron rayonunun Pirəkəşkül qəsəbəsi ərazisində Bakı şəhər sakini İ.Kazımov idarə etdiyi “Mitsubishi” markalı avtomobillə yolu keçən Hökməli qəsəbə sakini Rəvan Abdinovu vurmuşdur. Nəticədə piyada hadisə yerində ölüb.

Avqustun 6-da saat 20 radələrində Ağstafa rayonunun Muğanlı kəndi ərazisində kənd sakini Ş.Bayramov idarə etdiyi “VAZ-21015” markalı avtomobillə yolu keçən həmkəndlisi Faiq İbrahimovu vurmuşdur. Nəticədə piyada hadisə yerində ölüb.

Hər üç faktla bağlı araşdırma aparılır.