Uruqvay milli komandasının sabiq üzvü, məşhur futbolçusu Dieqo Forlan karyerasını bitirib. 

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, bunu veteran hücumçu "Telemundo de Canal"a müsahibəsində açıqlayıb. Son iş yeri Honkonqun "Kitçi” klubu olan Forlan 40 yaşında peşəkar futbolla vidalaşıb.

Qeyd edək ki, Forlan son olaraq Hon-Konqun "Kitçe" klubunda çıxış edib. O, əvvəllər Argentinanın "İndependiente", İngiltərənin "Mançester Yunayted", İspaniyanın "Vilyarreal", "Atletiko", İtaliyanın "İnter", Braziliyanın "İnternasional", Yaponiyanın "Çerezo Osaka", Uruqvayın "Penarol" və Hindistanın "Mumbai Siyti" klublarında oynayıb. 2002-2014-cü illərdə forma geyindiyi milli komandada keçirdiyi 112 oyunda 36 qol vurub.