Ötən il olduğu kimi bu il də Dənizkənarı Milli Parkda ilanlar peyda olub.

Unikal.org
xəbər verir ki, bu barədə sakinlər BAKU.WS-in “qaynar xətti”nə məlumat veriblər. Bildirilir ki, bulvarda bir neçə yerdə ilanla rastlaşılıb.

Bundan başqa da, şəhərin müxtəlif yerlərində sürünənlərə rast gəlinib. Hətta ilanlar insanları gediş-gəliş etdiyi ərazilərə də dadanıblar. Vətəndaşlardan biri “28 Mall”da ilanla rastlaşıb. İlanı ticarət mərkəzinin avtodayanacağında görüblər.

Qeyd edək ki, Azərbaycan Milli Elmlər Akademiyasının Zoologiya İnstitutu Bakı bulvarında ilanların peyda olması ilə bağlı BAKU.WS-də yayılan məlumatlara münasibət bildirib.