Şimali Koreya lideri Kim Çen In, Cənubi Koreya ilə ABŞ arasında ortaq hərbi manevrə qarşı bir xəbərdarlıq olaraq yeni taktiki idarə olunan raketlərin atışını həyata keçirib.

Unikal.org Yonhap-a istinadən xəbər verir ki, Bildirilib ki, çərşənbə axşamı günü Şimali Koreya, qısa məsafəli ballistik raketlərin olduğu düşünülən iki raketi Şərq dənizindəki adaya atıb. Belə ki, ölkənin qərb hissəsindəki aerodromdan atılan iki taktiki idarə olunan raket paytaxt ərazisi və mərkəzi bölgələr üzərindən uçaraq Şərqdəki adada hədəfi uğurla vurub.

Raketlər təxminən yerdən 37 kilometr hündürlükdən uçaraq ümumilikdə təxminən 450 kilometrə qədər məsafə uçub. 

Şimali Koreya lideri Kim Çen-İn 6 avqust 2019-cu il tarixində, Koreyanın Mərkəzi Xəbər Agentliyinin yaydığı bu fotoşəkildə yeni taktiki idarə olunan raketin atışını izləyib.