Beyləqanda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Unikal.org apa-ya istinadən xəbər verir ki, hadisə rayonun Aşıqlı kəndi ərazisində qeydə alınıb. Hərəkətdə olan “Kamaz” markalı yük maşını qarşıdan gələn “Mercedes” markalı minik avtomobili ilə toqquşub. Nəticədə “Mercedes”də olan sərnişin, 1994-cü il təvəllüdlü Xıdırlı Aişə Mətləb qızı hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.