Ərdoğan Türkiyənin Rusiyadan aldığı S-400 almasını tənqid edənlərə cavab verib.

Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, havadan hücumundan müdafiə sistemi ticarətinə görə qərblə münasibətlərin müzakirə olunmasının səhv olduğunu bildirən prezident, "Türkiyə strateji deyil, tamam ticari bir seçim edib" deyib:

"S-400-lərin NATO-ya və ya F-35-lərə zərər verəcəyinə dair heç bir sübut yoxdur. Heç kim bir-birini aldatmasın. S-400-lər məsələsində Türkiyə müdafiəsi ilə bağlı strateji deyil, ticari bir seçim edib. Müttəfiqlərimizin barışmaz münasibəti Türkiyəni bu üstünlüyə sahib olmağa məcbur edir."

"FETÖ rəhbərlərinin ölkəmizə qayıtması və PKK / YPG terror təşkilatının silahlanmasına son qoyulması ilə əlaqədar ABŞ-dan açıq addımlar gözləyirik" -deyən Türkiyə prezidenti ABŞ-a və qərb ölkələrinə açıq mesaj göndərib:

"Tezliklə Mosul və Bəsrədəki konsulluqlarımızı açacağıq.AB qlobal aktyor olmaq istəyirsə, ilk növbədə, Türkiyəni qazanmalıdır. Türkiyənin üzvlüyü bir neçə ölkənin ehtirasına qurban edilməməlidir".