UEFA-nın Nəzarət, Etika və İntizam Komitəsi Çempionlar Liqasının II təsnifat mərhələsində İrlandiya "Dandolk"u ilə keçirdiyi cavab matçına görə "Qarabağ"a qarşı intizam işi açıb. 

Avropa futbol qurumunun mətbuat xidmətindən Unikal.org-a verilən məlumata görə, buna səbəb iyulun 31-də "Dalğa Arena"da keçirilmiş qarşılaşmanın ikinci hissəsində meydana azarkeşin daxil olması və tribunalarda insidentin baş verməsidir. 

Bildirilib ki, bu məsələyə avqustun 22-də baxılacaq. 

Qeyd edək ki, İrlandiyada rəqibi ilə heç-heçə (1:1) edən Ağdam təmsilçisi cavab matçında 3:0 hesabı ilə qalib gələrək növbəti mərhələyə yüksəlib. Ağdam təmsilçisi bu gün III təsnifat mərhələsinin ilk oyunu çərçivəsində Kiprdə APOEL-in qonağı olacaq. Cavab matçı bir həftə sonra Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq.