Bakıda piyadanın ölümü ilə nəticələnən qəza baş verib.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Unikal.org-a verilən məlumata görə, avqustun 5-də saat 7 radələrində Xəzər rayonunun Buzovna qəsəbəsi ərazisində Bakı şəhər sakini R.Əliyev idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən həmyerlisi Nəriman Binnətovu vurub. Nəticədə piyada hadisə yerində ölüb.

Faktla bağlı Xəzər RPİ tərəfindən araşdırma aparılır.