Türkiyənin İzmir şəhərində 9 və 12 yaşlı iki qardaşa 65 yaşlı şəxs təcavüz edib.

Unikal.org xarici mətbauta istinadən xəbər verir ki, ailəyə yaxın olan yaşlı kişinin azyaşlılara təcavüz etməsindən sonra uşaqlar başlarına gələn hadisəni valideynlərinə danışıb. Uşaqların əqli çatışmazlığı olduğu bildirilir. 

Baş verən xoşagəlməz hadisədən sonra uşaqları zorlayan şəxs həbs edilib.