Avqustun 5-dən başlayan güclü külək Bakıda ümumilikdə 60-a çox ağacı aşırıb.

Bu barədə Unikal.org-a Bakı Şəhər İcra Hakimiyyəti Yaşıllaşdırma Təsərrüfatı Birliyindən məlumat verilib.

Vurğulanıb ki, bu günə qədər Bakı ərazisində güclü külək səbəbindən ümumilikdə 40-dan çox ağacın budağı qırılıb, 14-ü kökündən aşıb. Ümumilikdə ağac budaqlarının qırılması nəticəsində hərəkətsiz vəziyyətdə olan 8 avtomobilə maddi ziyan dəyib.