Bakıda mənzildə 85 yaşlı qadının meyiti tapılıb.

Unikal.org-un Fövqəladə Hallar Nazirliyinə istinadən məlumatına görə, qurumun “112” qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Nəsimi rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. 

Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilə daxil olaraq orada aşkarlanan 1934-cü il təvəllüdlü Kvartikova Mina Fyodorovnanın meyitini aidiyyəti üzrə təhvil veriblər.