Bakıda ağır yol nəqliyyat hadisəsi baş verib.

Unikal.org xəbər verir ki, Hövsan-Türkan yolunda “Mercedes” və “Nissan” markalı avtomobillər toqquşub.

Qəzada 14 nəfər yaralanıb. Yaralılardan ikisi - 1979-cu il təvəllüdlü Xudaverdiyev Əjdər Firuz oğlu və 2006-cı təvəllüdlü Musayev Əli Laçın oğlu dünyasını dəyişib.

Digər xəsarət alanlar 2011-ci təvəllüdlü Fərzizadə Hüseyn Etibar oğlu və İsgəndərova Zümrüd, 2014-cü il təvəllüdlü Xudaverdiyeva Leyla Əjdər qızı, 2009-cu il təvəllüdlü Selcan Sultanova, 2018-ci təvəllüdlü Məhəmməd Salmanov, 1983-cü il təvəllüdlü Həşimov Natiq Bilal oğlu, 1987-ci il təvəllüdlü Fərziyeva Rahidə Eldar qızı, 1989-cu il təvəllüdlü Əsgərzadə Nübar Nurəddin qızı, 1989-cu il təvəllüdlü Xudaverdiyeva Kifayət Aydın qızı və 17 yaşlı Hidayət Bəhramov 3 saylı şəhər xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.