Bu gün Avropa Liqasında III təsnifat mərhələsinə start veriləcək.

Unikal.org xəbər verir ki, üç gün ərzində ilk oyunlar çərçivəsində 36 qarşılaşma baş tutacaq.

Bu matçlardan 10-u Çempionlar yolunda, 26-sı Əsas yolda keçiriləcək. İlk oyun günündə üç, ertəsi gün bir qarşılaşma oynanılacaq. Digər 32 matç avqustun 8-də baş tutacaq.

Azərbaycanın bu turnirdə mübarizəni davam etdirən yeganə təmsilçisi “Neftçi” avqustun 8-də meydana çıxacaq. Ölkənin ən titullu klubu evdə İsrail təmsilçisi “Bney Yehuda”nı sınağa çəkəcək.

Qeyd edək ki, cavab oyunları avqustun 13-15-də keçiriləcək.