Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) Misirin paytaxtı Qahirədə törədilən terror aktında həlak olan şəxslərin ailələrinə başsağlığı verib.

Unikal.org xəbər verir ki, bu barədə XİN-in "Twitter" səhifəsində bildirilib. 

"Qahirədə avtomobildə bombanın partlaması nəticəsində ölənlərin ailələrinə baş sağlığı diləyir, terror aktı nəticəsində yaralananlara tezliklə sağalmağı arzu edirik. Azərbaycan terrorizmin bütün formalarını və təzahürlərini pisləyir", - qeyd olunub.