Göyçayda zavod yanır.

Unikal.org qafqazinfo-ya istinadən xəbər verir ki, axşam saatlarında rayonun Yalman kənd ərazisində olan Kanyak zavodunda yanğın baş verib.

Havanın küləkli olması səbəbindən alov zavod ərazisini əhatə edib. Əraziyə FHN-nin yanğından mühafizə xidmətinin canlı qüvvəsi və texnikası cəlb edilib. Hazırda yanğın davam edir.

Faktla bağlı araşdırma aparılır.