Saatlı rayonunda iyulun 29-da  MMC-lərdən birindən ümumi dəyəri 164 900 manat olan borular oğurlanıb.

Daxili İşlər Nazirliyi Mətbuat xidmətinin Şirvan regional qrupundan Unikal.org-a verilən məlumata  görə, Saatlı  Rayon Polis Şöbəsi (RPŞ) əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə oğurluğu törətməkdə şübhəli bilinən rayon sakinləri-həmin MMC-də mühafizəçi işləyən Talıb Cəfərov və Vidadi İsmayılov saxlanılıblar.

Dindirilmə zamanı onlar törətdikləri  cinayət əməlini etiraf ediblər və oğurlanan boruların müəyyən bir qismi  maddi sübut kimi götürülüb. 

Faktla bağlı Saatlı  RPŞ-nin İstintaq bölməsində araşdırma aparılır.