Bu gün axşam saatlarında Qəbələ rayonu Zərgərli kəndində keçirilən toy mərasimi zamanı qonaqlardan 72 nəfəri qidadan zəhərlənib. 

Unikal.org xəbər verir ki, zəhərlənən şəxslərdən 40 nəfəri Qəbələ rayon Mərkəzi Xəstəxanasına, 32 nəfəri Qəbələ Diaqnostika Mərkəzinə yerləşdirilib. 

Hər iki tibb müəssisəsi gücləndirilmiş iş rejimində çalışıb, səhiyyə işçilərinin səyi nəticəsində xəstələrdən böyük əksəriyyətinin vəziyyəti normallaşıb və onlar ambulator müalicə üçün evə buraxılıblar. 

Faktla bağlı araşdırma aparılır.

19:28

xxx

Qəbələnin Zərgərli kəndində keçirilən toyda kütləvi zəhərlənmə olub. 

Səhiyyə Nazirliyindən Unikal.org-a verilən məlumata görə, 26 nəfər Qəbələ MRX-ya çatdırılıb. Onlara lazımi tibbi yardım göstərilib. 

Faktla bağlı hüquq-mühafizə orqanlarına və Qida Təhlükəsizliyi Agentliyinə məlumat verilib. Hazırda xəstəxana gücləndirilmiş rejimdə işləyir.