Bu gün Azərbaycan Premyer Liqasında 2019/20 mövsümünün püşkatma mərasimi keçirilib.

Unikal.org xəbər verir ki, püşkatma mərasimindən sonra Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayevin mətbuat konfransı keçirilib. Musayev jurnalistlərin suallarını cavablayıb.

O "8 komanda var, artıq iki komanda - “Səbail” və “Qəbələ” əvvəlki gücündə olmayacaq. PFL prezidenti kimi bundan narahat olmursuz?" sualına belə cavab verib: 

"Hər yerdə güclü və zəif tərəflər var. Elə komandalar da var ki, deyir əsas odur çempionatda qalım. Narahatlığa əsas yoxdur. İnanıram ki, öz yerli futbolçularımız daha çox canfəşanlıq edəcək. Bizim futbolçularda arxayınlıq yaranır, üç dəfə tərifləyəndə, 4-cü gün qəlyanxanada görəcəksən. Bu klubların zəifləyəcəyini düşünmürəm. “Səbail” haqqında deyilənlərin əksəriyyəti doğru deyil, sadəcə məvaciblər gecikir. Rəhbərlik də deyir ki, gözləyə bilmirsizsə, gedə bilərsiz. Ümid edirəm ki, yaxşı olar".