Uelsdəki ibtidai məktəbin təmiri zamanı ustalar qəribə hadisə ilə qarşılaşıb. 

Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, təmir zamanı döşəmədən timsah cəsədi çıxıb. 

Timsahın orada necə basdırılması mövzüsu müzakirəyə səbəb olub. Vəhşi heyvanın cəsədinin tapıldığı Ysgol Gynradd Gymraeg Bodringalt məktəbinin müdiri DR.Neil Pike uzun illərdir müəllimlər və valideynlərin məktəbdə timsahın basdırılması dedi-qodularını eşitdiklərini, lakin bu mənzərəylə qarşılaşana qədər buna inanmadıqlarını deyib. 

İddiaya görə, I Dünya Müharibəri illərində bir əskər ovladığı timsahı təqdim etmək üçün məktəbə gətirib. Bir müddət sergilənən timsah məktəbin döşəməsində basdırıb. 

İndi məktəb rəhbərliyi əskərin timsahı nümayiş etdirmək üçün niyə məktəbi seçdiyi araşdırmağa başlayıblar.