Bu gün UEFA Çempionlar Liqasında pley-off mərhələsinin püşkü atılıb.

Unikal.org xəbər verir ki, püşkatmada Azərbaycanın turnirdəki təmsilçisi olan “Qarabağ”ın da 3-cü mərhələni keçəcəyi təqdirdə, pley-offdakı potensial rəqibi bilinib. Ağdam klubu APOEL səddini keçsə, PAOK – “Ayaks” cütünün qalibi ilə qarşılaşacaq.

Türkiyənin “Başakşəhər” klubu isə 3-cü mərhələdə “Olimpiakos”u keçsə, “Krasnodar” – “Portu” cütünün qalibi ilə üz-üzə gələcək.

Pley-off mərhələsinin oyunları avqustun 20-21-də və 27-28-də keçiriləcək.

Çempionlar Liqası, pley-off mərhələsi

Çempionlar yolu

Dinamo (Zaqreb, Xorvatiya)/Ferentsvaroş (Macarıstan) cütünün qalibi – Maribor (Sloveniya)/Rusenborq (Norveç) cütünün qalibi
ÇFR (Rumıniya)/Seltik (Şotlandiya) cütünün qalibi – Slaviya (Praqa, Çexiya)
Yanq Boyz (İsveçrə) – Srvena Zvezda (Serbiya)/Kopenhagen (Danimarka) cütünün qalibi
APOEL (Kipr)/Qarabağ (Azərbaycan) cütünün qalibi – PAOK (Yunanıstan)/Ayaks (Hollandiya) cütünün qalibi

Liqa yolu

Başakşəhər (Türkiyə)/Olimpiakos (Yunanıstan) cütünün qalibi – Krasnodar (Rusiya)/Portu (Portuqaliya) cütünün qalibi
Bazel (İsveçrə)/LASK (Avstriya) cütünün qalibi – Brügge (Belçika)/Dinamo (Ukrayna) cütünün qalibi