Güclü küləklə əlaqədar Bakıda 30 ağac qırılıb. 

Bunu Unikal.org-a Bakı Şəhər İcra Hakimiyyətinin Yaşıllaşdırma Təsərrüfatı Birliyindən məlumat verilib. Bildirilir ki, indiyədək Bakıda 20 ağacın budaqları sınıb, 10 ağac kökündən çıxıb.

Azərbaycan Dövlət Filarmoniyasının qarşısındakı bağda 3 ağacın budaqları sınıb, 1 ağac isə kökündən çıxıb.

Artıq sınmış budaqlar və kökündən çıxmış ağaclar doğranaraq daşınmaq üçün hazır vəziyyətə gətirilib.

ƏVVƏL -15:02

***

YENİ-16:10

Bakı Şəhər İcra Hakimiyyəti Yaşıllaşdırma Təsərrüfatı Birliyinin Bitkilərin Mühafizəsi şöbəsindən Unikal.org.org-a verilən məlumata görə, artıq səhər saatlarından idarəyə ağac aşması ilə bağlı 48 müraciət daxil olub. Ən çox fəsadlar Nərimanov, Səbail, Nəsimi və Nizami rayonlarında qeydə alınıb.