Mingəçevir şəhərində toy karvanında yol-nəqliyyat hadisəsi baş verib.

Unikal.org "Report"a istinadən xəbər verir ki, hadisə şəhərin M.Maqomayev küçəsi ilə Füzuli küçəsinin kəsişməsində  qeydə alınıb.

Belə ki, toy karvanında olan "Volkswagen" markalı avtomobil işıqforun qırmızı işığının tələblərini pozaraq hərəkətə davam edib və hərəkətdə olan "BMW" markalı avtomobilin qarşısına çıxıb. İki avtomobilin toqquşması nəticəsində bir neçə nəfərin xəsarət aldığı bildirilir.