Bakıda güclü külək bir sıra fəsadlar törədib.

Unikal.org report-a istinadən xəbər verir ki, hadisələrdən biri Yasamal rayonunun Hüseyn Cavid prospektində qeydə alınıb. Belə ki, güclü küləyin təsirindən prospektdəki yaşayış binasının damı uçub.

Hazırda həmin ərazidə təmir-bərpa işləri aparılır.