Türkiyədə bir sürücü saat 120 kilometr sürətlə radara düşüb.

Unikal.org Türkiyə KİV-nə istinadən xəbər verir ki, sürücü isə özünü haqlı çıxarmağa çalışıb. Belə ki, o avtomobilin 250 kilometr sürətlə getdiyini əsas tutaraq polisləri günahkar çıxarmaq istəyib. 

Bahalı avtomobilin sahibi olan sürücü 50 kilometr sürət həddi olan yolda 120 ilə hərəkət edib. Ona 235-240 min TL (72 min manat) cəza tətbiq olunub.