Bu gün səhər saatlarında Abşeron rayonunun Saray qəsəbəsinin bir hissəsinə elektrik enerjisinin verilində fasilə yaranıb. 

Unikal.org xəbər verir ki, buna səbəb qəsəbədə yaşayan uşağın uçurduğu çərpələngin yüksək gərginlikli elektrik xətti ilə toqquşması olub. 

Son nəticədə “Saray 3” yüksək gərginlikli xəttinin ərazisinə düşən evlərdə işıqlar sönüb. 

Xatırladaq ki, Saray qəsəbəsində 15 minə yaxın abunəçi yaşayır.